"Real" Beyli də itirdi
"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda SSKA ilə oyunu buraxacaq.
İspaniya mətbuatının yaydığı xəbərə görə, buna səbəb uelsli hücumçunun zədəli olmasıdır. La Liqanın 7-ci turunda "Atletiko" ilə matçda (0:0) zədələnən Q.Beylin SSKA ilə görüşə kimi hazır olmayacağı müəyyənləşib.
Xatırladaq ki, SSKA - "Real" matçı sabah keçiriləcək.
Facebook-da paylaş