Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kasilyas "Real"ı tənqid etdi



"Real"ın sabiq qolkiperi İker Kasilyas "Barselona" futbolçuları üçün "çempionluq dəhlizi" qurmağın əleyhinə olmadığını bildirib. "AS" nəşrinin məlumatına görə, ispan qapıçı fikrini daha öncə katalon klubunun "Real"ın çempionluğu ilə yekunlaşan mövsümlərdə "dəhliz" yaratması ilə əsaslandırıb.

"Bir neçə il öncə "Barselona" "Santyaqo Bernabeu"da "çempionluq dəhlizi" qurmuşdu. Təbii ki, mən olsam, onlar üçün eyni addımı atardım" - deyə, Kasilyas bildirib.

Qeyd edək ki, mayın 6-da oynanılan "El Klasiko"dan öncə "Real" futbolçuları çempionluğunu rəsmiləşdirən "Barselona"nın oyunçuları üçün "dəhliz" yaratmaqdan imtina etmişdilər.


Facebook-da paylaş

Xəbəri paylaş