Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ulu Öndər Heydər Əliyev gənclərə və idmanın inkişafına daim diqqət və qayğı göstərib

Ulu Öndər Heydər Əliyev gənclərə və idmanın inkişafına daim diqqət və qayğı göstərib

Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “İmza saatı” layihəsinin qonağı Azərbaycanın ilk beynəlxalq qrosmeysteri Aynur Sofiyeva olub.

BrendSport.az saytının Gənclər Şöbəsi
xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunan görüşdə moderator Fərəh Quliyeva görüşün mahiyyəti haqqında məlumat verib.

Sonra Aynur Sofiyeva sualları cavablandıraraq, şahmata başlama tarixindən danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gənclərə və idmana göstərdiyi diqqət onun şahmat sahəsində qazandığı nailiyyətlərində böyük rolu olub. O, Ümummilli Lider Heydər Əliyevin gənclərin inkişafına necə önəm verdiyindən, onlar üçün yaratdığı şəraitdən danışıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan gənclər üçün idman qurğuları, şahmat məktəbləri açıb.

A.Sofiyeva, həmçinin Ailə, Qadın və Uşaqlar Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini də qeyd edib. O, qadınların və uşaqların maarifləndirilməsi, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.

Sonda A.Sofiyeva gənclər tərəfindən verilən sualları cavablandırıb, tövsiyələrini verib.


Facebook-da paylaş

Xəbəri paylaş