Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər Günü ilə bağlı yarış keçirilib



BrendSport.az xəbər verir ki, 2 fevral – ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Əlamətdar günlə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Velotrekinin təşkilatçılğı ilə tələbələr arasında velosiped yarışı təşkil edilib. Yarışda Bakı Musiqi Akademiyası, Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının tələbələri iştirak edib.

Yarışın qaliblərinin mükafatlandırma mərasimindən öncə Gənclər Gününün Azərbaycan gəncləri üçün əhəmiyyətindən, dövlət səviyyəsində aparılan gənclər siyasətindən danışılıb. Bildirilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Daha sonra tələbələr arasında təşkil olunan yarışın qaliblərinə mükafatlar təqdim edilib. Tədbir bədii proqramla davam etdirilib.


Facebook-da paylaş

Xəbəri paylaş