Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər



Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavr təhsil səviyyəsində təhsil alan 13 tələbəsi iyunun 22-28-də Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən təcrübə proqramında iştirak edib.

BrendSport.az saytının Gənclər şöbəsi
xəbər verir ki, proqramın ilk günü Karlov Universitetinin Fizioterapiya kafedrasının müdiri Tereza Novakova akademiyanın nümayəndələri və tələbələri üçün kampus turu təşkil edərək onları dərs otaqları və avadanlıqlarla tanış edib. Sonra tələbələr kafedranın müəllimləri Helena Vomaçkova, Mixaela Stupkova, Katerina Marsakovanın praktiki dərslərinə qatılıblar. Dərslər zamanı əzələ testləri, MET (Muscle energy technique) metodları və digər mövzular haqqında geniş məlumat verilib.

Bununla yanaşı, tələbələr universitetdən kənarda yerləşən Kladno hospitalında İlona Kuçerovanın rəhbərliyi ilə avtoqəza və insult keçirmiş pasiyentlərin müayinəsini və əzələ testlərini müşahidə edərək reabilitasiya xidmətinin göstərilməsində yaxından iştirak ediblər.

Proqramın son günü tələbələrlə təcrübənin yekun sorğusu keçirilib. Sonda fərqlənən tələbələrə sertifikat və xüsusi hazırlanmış hədiyyə də təqdim olunub.

Qeyd edək ki, Karlov Universiteti Mərkəzi Avropanın ən qədim universitetlərindən biridir. 2023-cü ildə Azərbaycan İdman Akademiyası ilə Karlov Universiteti arasında birgə bakalavr və magistr proqramlarının hazırlanması, akademik və tələbə heyətinin mübadiləsi, eləcə də təcrübə proqramının təşkili məqsədilə müqavilə imzalanıb.


Facebook-da paylaş

Xəbəri paylaş