Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndə heyəti Çexiyanın paytaxtı Praqadadır.




Səfər çərçivəsində ASAPES-in rektoru Fuad Hacıyev və Çexiyanın Karlov Universitetinin rektoru professor Milena Kraliçkova arasında görüş baş tutub və ali təhsil müəssisələri arasında əməkdaşlıq Memorandumu imzalanıb.

BrendSport.az
xəbər verir ki, 5 illik dövrü əhatə edəcək Memoranduma əsasən, tərəflər birgə elmi, tədris, texniki, təşkilati, beynəlxalq və digər məsələlərlə bağlı elmi məlumat və nəşrlərin, sənədlərin, tədris materiallarının və digər məlumatların, xüsusi protokollar əsasında həm magistratura, həm də bakalavr pilləsi üzrə tələbələrin, müəllim və inzibati heyətin mübadiləsini həyata keçirəcəklər.

Bundan başqa, Aİ və digər beynəlxalq proqramlara xüsusi istinad edilməklə birgə tədqiqat və layihələrin inkişafı, seminarlar, beynəlxalq görüşlər, intensiv proqramlar və tam birgə kurikulumlar kimi birgə təhsil təşəbbüslərinin inkişafı, dərsliklərin nəşri, habelə mövcud nəşrlərlə bağlı əməkdaşlıq və s. kimi prioritet istiqamətlər üzrə qarşılıqlı işbirliyi də Memorandumda öz əksini tapır.

ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin də iştirak etdiyi görüşdən sonra ASAPES-in nümayəndə heyəti Karlov Universitetinin Bədən tərbiyəsi fakültəsinin fizioterapiya bölümü, “İdman menecmenti” kimi ixtisasları ilə tanış olub, həmçinin Karlov Universtetinin ən qədim binası olan Karolinum binasına baş çəkiblər.


Facebook-da paylaş

Xəbəri paylaş