Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Məktəblilərin respublika çempionatı”nın final yarışları davam edir



Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə təşkil olunan “Məktəblilərin respublika çempionatı”nın sərbəst və yunan-Roma güləşi idman növü üzrə final yarışlarının açılış mərasimi keçirilib.

BrendSport.az saytının Gənclər şöbəsi
xəbər verir ki, tədbirdə əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri təqdim olunub.

Sonra tədbir final qarşılaşmaları ilə davam etdirilib. Sonda isə qaliblərə rəsmi qonaqlar tərəfindən diplom və medal təqdim olunub.

Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda ölkənin müxtəlif rayon və şəhərlərindən 11 çəki dərəcəsində 2010–2012-ci il təvəllüdlü məktəbli idmançılar iştirak edirlər.

Qeyd edək ki, yarışlara iyunun 7-də yekun vurulacaq.

“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi iyunun 8–10-da cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.







Facebook-da paylaş

Xəbəri paylaş