Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan İdman Akademiyasında “Məzun Günü” coşqusu yaşanıb



29 may tarixində Azərbaycan İdman Akademiyasında 2023/2024-cü tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun Günü” keçirilib.

BrendSport.az saytı Gənclər şobəs
i xəbər verir ki, tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Fuad Hacıyev məzunları salamlayaraq onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Akademiyanın əldə etdiyi nailiyyətlərdən danışıb. Rektor xoş xəbəri tədbir iştirakçıları ilə bölüşərək bildirib ki, bu il Akademiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə ikili diplom təhsil proqramı üzrə təhsil almış ilk 7 tələbəsi də məzunlarımız arasındadır. Bundan başqa, İngiltərənin Koventri Universiteti ilə ikili diplom təhsil proqramı üzrə təhsil almış 2 tələbəmiz məzun olur. Ümumilikdə, bu il Akademiyanın bakalavr üzrə 1342, magistr üzrə 60 məzunu var.

Fuad Hacıyev həmçinin şəhid məzunlarımız haqqında danışıb. O, vurğulayıb ki, Akademiyanın tələbə və məzunları nəinki təhsil və idman sahəsində, eləcə də otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasında, böyük qələbənin qazanılmasında əvəzsiz şücaət göstərib. Onların hər biri ilə bütün Azərbaycan fəxr edir.

Tədbir zamanı müxtəlif oyunlarda qüvvələrini sınayan tələbələrə hədiyyələr təqdim edilib. Əyləncəli proqramla davam edən “Məzun Günü” ənənəvi “papaqatma” mərasimi ilə yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş