Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Suraxanı Gənclər Evində idmançılarla gənclərin görüşü olub



Suraxanı Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ölkəmizi xaricdə təmsil edən idmançılarla gənclərin görüşü olub.

BrendSport.az
xəbər verir ki, görüşdə Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri, ABŞ çempionu Elgün Xanoğlanlı, budo döyüş növləri üzrə dünya çempionu, peşəkar MMA döyüşçüsü Ruslan Tağıyev, fəal gənclər, könüllülər və idmançılar iştirak ediblər.

Görüş zamanı ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin həmişə ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin fəaliyyətindən danışılıb. Daha sonra qonaqlar dövlətin bu sahəyə olan diqqət və qayğısından söz açıblar.

Həyat hekayələrindən, idmana olan sevgilərindən, qazandıqları uğurlardan bəhs edən qonaqlar, eyni zamanda, gənclərin suallarını cavablandırıblar. Həmçinin onlar gəncləri idmanı sevməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.

Sonda birgə xatirə şəkilləri çəkilib.


Facebook-da paylaş

Xəbəri paylaş