Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Emin Əmrullayev ölkəmizdə gənclərin təhsili üçün yaradılan imkanlardan danışıb

Emin Əmrullayev ölkəmizdə gənclərin təhsili üçün yaradılan imkanlardan danışıb

Elm və təhsil naziri Emin Əmrullayev Gənclər Günü münasibətilə təhsil və elm sahəsində, ictimai həyatda uğur qazanmış bir qrup gənclə görüşüb. STEAM İnnovasiya Mərkəzində keçirilən görüşdə şəhid övladları olan tələbələr də iştirak ediblər.

BrendSport.az
saytının Gənclər Şobəsi xəbər verir ki, nazir Emin Əmrullayev görüş iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Emin Əmrullayev Azərbaycanda gənclərin təhsili üçün yaradılan imkanlardan söz açıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir.
Gənclərimizin olimpiada uğurlarından danışan nazir bu sahədə görülən işlərə də toxunub. Emin Əmrullayev qeyd edib ki, olimpiadalarda əldə olunan nailiyyətlər sayəsində ölkəmiz top 50-də yer alan dünya ölkələri sırasındadır. Bu gün intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini də vurğulayan nazir gənclərin xaricdə təhsili üçün həyata keçirilən dövlət proqramlarından söz açıb və qeyd edib ki, gənclər onlar üçün yaradılan imkanları qiymətləndirməyi bacarmalıdırlar.
Görüşdə iştirak edən gənclər də təəssüratlarını bölüşüblər.
Emin Əmrullayev gəncləri maraqlandıran sualları cavablandırıb, rəy və təkliflərini dinləyərək onlarla fikir mübadiləsi aparıb.


Facebook-da paylaş

Xəbəri paylaş