Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda idman nazirlərinin beynəlxalq konfransı çərçivəsində "Səhər marafonu" keçiriləcək



Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində "Səhər marafonu" keçiriləcək.

BrendSport.az
xəbər verir ki, marafon Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

İyunun 28-də saat 07:00-dan "Ağ şəhər"də yerləşən “Bulvar Otel”in qarşısından start götürəcək marafona hər kəs dəvət olunub.

Qeyd edək ki, MINEPS VII konfransı iyunun 26-dan etibarən öz işinə başlayıb və 29-dək davam edəcək. Konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, eləcə də 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması siyasətinin hazırlanmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş