Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kitab təqdimatı keçirilib
Mayın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Əlihadi (Desselb) Xaneqahinin ingilis dilində şəxsi inkişaf janrında yazılmış "Book NOT About Success" adlı kitabının təqdimat mərasimi keçirilib.
BrendSport.az saytının Gənclər Şobəsi xəbər verir ki, mərasimi giriş sözü ilə açan Akademiyanın elmi katibi Bəxtiyar Rüstəmov iştirakçıları salamlayıb və müəllifə uğurlar arzulayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin idman və mədəniyyət mövzusunda fikirlərinin əks olunduğu videoçarx nümayiş edilib.
Tələbə-müəllif Əlihadi (Desselb) Xaneqahi kitab haqqında ümumi məlumat verib və təqdimat mərasiminə gələn hər kəsə təşəkkür edib. Tədbirdə tələbənin həyat hekayəsinə həsr olunmuş videoçarx da nümayiş olunub. Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək gənc müəlliflə fəxr etdiyini vurğulayıb və ona uğurlar arzulayıb. "re:Azerbaijan" layihəsinin yaradıcısı Adnan Hüseyn isə bu cür yaradıcı istedadların gənclər üçün vacib əhəmiyyət kəsb etdiyini bildirib.
Sonda məhdud sayda kitab müəllif tərəfindən imzalanaraq iştirakçılara təqdim olunub və xatirə şəkli çəkdirilib.
Facebook-da paylaş