Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar

İdman mediasının nümayəndələri İrəvanda ölkəmizə qarşı törədilən təxribatı sərt qınayıblar

Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasını sərt şəkildə qınayırıq və bu hadisəyə görə təəssüflənirik. İdman sülh, birlik və dostluğun vəhdətini təşkil edir. Təəssüf ki, bu ölkədə idman hadisəsi neqativ anlarla yadda qaldı.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJ İB) sədri Azər İsmayıl İrəvanda Azərbaycana qarşı baş vermiş təxribatla bağlı idman mediasının iştirakı ilə təşkil edilən etiraz tədbirində deyib.
Azər İsmayıl bildirib ki, bütün idman ictimaiyyətini bir olmağa və səsimizi beynəlxalq aləmə çatdırmağa çağırırıq. Bu hadisənin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi, həmin şəxsin hüquq-mühafizə orqanları tərəfindən dərhal sərbəst buraxılması bir daha Ermənistan ictimaiyyətinin nə qədər rasizmə meyilli olduğunu, azərbaycanlılara nifrətinin böyüklüyünü göstərir. Azərbaycanın təşkil etdiyi yarışların heç birində bu cür hadisə baş verməyib. Beynəlxalq qurumları, mətbuat təşkilatlarını fəal olmağa çağırırıq.
Qurumun İdarə Heyətinin üzvləri Sənan Şəfizadə, Vüqar Nəzərov, idman jurnalistləri Aydın Bağırov və Elçin Cəlilov Azərbaycanda keçirilən yarışlarda dəfələrlə erməni idmançıların iştirak etdiyini, heç bir halda problem yaşanmadığını, hətta onların Bakıda gəzintiyə belə çıxdıqlarını diqqətə çatdırıblar. Bildiriblər ki, idman sülhün carçısıdır. Belə təxribat biabırçılıqdır. Bu hərəkətlə göstərirlər ki, onlar öhdəliklərini yerinə yetirmirlər. Onlar təhlükəsizliyə dövlət zəmanəti vermişdilər. Amma heç açılış mərasimində vədlərinə əməl edə bilmədilər. Çox düzgün qərardır ki, idmançılarımız artıq Vətənə qayıdırlar. Yayacağımız bəyanat Beynəlxalq Atletika Federasiyasına və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasına göndəriləcək”.
Sonda AİJ İB adından bəyanat qəbul olunub.


Facebook-da paylaş

Xəbəri paylaş