Samboçumuz dünya çempionatında ermənini məğlub etdi
Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.
İdmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub. Döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar erməni rəqibini məğlub edib.
Bu qələbə samboçumuza 1/4 finala vəsiqə qazandırıb.
Facebook-da paylaş