Əsas Səhifə > Fotoqalareya > Samboçumuz dünya çempionatında ermənini məğlub etdi

Samboçumuz dünya çempionatında ermənini məğlub etdi


10-11-2018, 18:38


Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.

İdmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub. Döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar erməni rəqibini məğlub edib.

Bu qələbə samboçumuza 1/4 finala vəsiqə qazandırıb.
Geri qayıt