Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Erikssondan 6 aylıq müqavilə



Dünyaca məşhur isveçli məşqçi Sven-Qoran Erikssonun yeni iş yeri müəyyənləşib.

Təcrübəli mütəxəssis Filippin yığmasının baş məşqçisi təyin olunub. Filippin Futbol Federasiyasından verilən məlumata görə 70 yaşlı məşqçi ilə 6 aylıq müqavilə imzalanıb.

Sözügedən yığma yanvar və fevral aylarında keçiriləcək Asiya Kubokunda tarixində ilk dəfə Erikssonun rəhbərliyi altında mübarizə aparacaq.

Buna qədər, "Benfika", "Roma", "Fiorentina", "Sampdoria", "Latsio" və "Mançester Siti" kimi komandalara rəhbərlik etmiş mütəxəssis, İngiltərə, Meksika və Fil Dişi Sahili yığmalarını da çalışdırıb. Eriksson sonuncu dəfə 2016/2017 mövsümündə Çinin ikinci liqasında mübarizə aparan "Şenzen"i çalışdırıb.


Facebook-da paylaş

Xəbəri paylaş