Güləşçimiz dünya çempionu oldu
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Sərbəst güləşçilərin yarışında B qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.
Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) A qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) D qrupunda ikinci yeri tutub.
Facebook-da paylaş