Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Hədəfim Avropa çempionatının qızıl medalıdı”



“İştirak edəcəyim bir neçə yarış var. Ardınca Akdəniz Oyunlarına qatılacam. Əsas hədəf Berlində keçiriləcək Avropa çempionatıdı”. Bunu Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev deyib.

Ötən il 200 m məsafəyə qaçışda dünya çempionu olan idmançı gələcək planlarını açıqlayıb. Brilyant Liqanın son mərhələlərində birinci yeri tutan həmyerlimiz bildirib ki, ən pik formasını Avropa çempionatı ərəfəsində yığacaq: “Çempionluq insanın özünə inamını artırır, özünü yaxşı hiss edirsən. Çox güclü atletlərlə yarışıram. Onları arxada qoyduğun zaman digər rəqiblərinə də mesaj verirsən. Mövsümə yaxşı başlamışam. Avropa çempionatı öncəsi ən yaxşı formamı yığmalıyam”.

Quliyev üzərində ciddi təzyiqin olmamasını da qeyd edib. Mundialda Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran atletin sözlərinə görə, bu il əsas istəyi Avropa çempionatında sözünü deməkdi: “Useyn Bolt kimi favorit deyiləm. Avropa çempionatında hər kəs uğur qazanmaq istəyəcək. Hər il yeni idmançılar gəlir. Dünən gənc olan bu gün çox yaxşı qaçır. Buna baxmayaraq, hədəfim Avropa çempionatının qızıl medalıdı”.


Facebook-da paylaş

Xəbəri paylaş