"Beşiktaş" 20 yaşlı braziliyalı futbolçunu "qaralayıb"
"Beşiktaş" yayda yarımmüdafiə xəttini gücləndirəcək.
"Fanatik"in yaydığı xəbərə görə, İstanbul klubu "Flamenqo"nun futbolçusu Lukas Paqueta ilə yaxından maraqlanır.
20 yaşlı yarımmüdafiəçinin eyni zamanda "Yuventus", "Milan" və "Latsio"nun hədəfində olduğu bildirilir.
Qeyd edək ki, gənc futbolçi Braziliyanın U-20 millisinin üzvüdür.
Facebook-da paylaş