Fransalı batutçu Julian Kartier dünya kuboku yarışlarında yarımfinala vəsiqə qazanıb
Daha bir batutçu Bakıda keçirilən dünya kuboku yarışlarında yarımfinala vəsiqəni təmin edib.
BrendSport.az xəbər verir ki, kişi idmançıların fərdi təsnifat mərhələsinin ikinci qrupunda mübarizə aparan fransalı Julian Kartier 55,590 xalla birinci olub və növbəti mərhələyə yüksəlib.
Birinci qrupdan qazaxıstanlı Daniel Mussabayev yarımfinala adlamışdı.
İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnastın fərdi və sinxron proqramda mübarizə aparacaq.
Facebook-da paylaş