Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ukrayna “Paris-2024” Olimpiya Oyunlarını boykot edə bilər

Ukrayna “Paris-2024” Olimpiya Oyunlarını boykot edə bilər


Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusların və belorusların yarışlara buraxılmasına icazə verərsə, Ukrayna 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edəcək.
BrendSport.az xəbər verir ki, Ukraynanın idman naziri Vadim Qutsaytın BOK-un "Rusiya və Belarus idmançılarının neytral statusda yarışmasına icazə verilməsi imkanlarının əlavə olaraq araşdırılması" zərurəti ilə bağlı bəyanatına reaksiyası belə olub.
“Ukraynada müharibə davam edərkən Rusiya və Belarus idmançıları beynəlxalq yarışlarda iştirak etməməlidirlər", - nazir feysbukda belə yazıb.
Paris meri Ann İdalqo bildirib ki, rusiyalı idmançıların Olimpiadada neytral bayraq altında iştirak etmələrini istərdi. BOK merin sözünə cavab olaraq xatırladıb ki, Olimpiya Oyunlarının Təşkilat Komitəsi belə qərarlar qəbul etmir, bu məsələdə yeganə söz sahibi hər bir idman növü üzrə beynəlxalq federasiyadır.
BOK ötən il fevralın sonunda beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına yol verməməyi tövsiyə edib. Dekabrın əvvəlində qadağanın müddəti uzadılıb.


Facebook-da paylaş

Xəbəri paylaş