Türkiyəli futbolçu “böyük beşlik” ölkələrinin ən yaxşıları sırasına düşüb
Türkiyəli futbolçu Enes Ünal Avropanın “böyük beşlik” ölkələrində hava mübarizələrində ən çox top qazanan oyunçular sırasına düşüb.
BrendSport.az xəbər verir ki, İspaniyanın “Xetafe” klubunun formasını geyinən 26 yaşlı hücumçu 2022/2023 mövsümündə 99 dəfə “ikinci mərtəbə”də rəqibi üstələyib.
Bu göstərici ilə Türkiyə millisinin üzvü qitənin ən yaxşı 4-cü oyunçusudur. Siyahıya İtaliyanın “Verona” klubunun hücumçusu Milan Dyuriç başçılıq edir. Bosniya və herseqovinalı forvard 139 dəfə hava mübarizəsindən qalib ayrılıb. Xoselu (“Espanyol”, İspaniya – 122 dəfə) və Filipp Hofmann (“Boxum”, Almaniya - 104) müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.
İlk “beşliy”i İspaniya “Malyorka”sında çıxış edən kosovolu hücumçu Vedat Muriqi (97) qapayıb.
Facebook-da paylaş