Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək
Argentina millisinin dünya çempionatında çıxışı zamanı Lionel Messinin Dohadakı Qətər Universitetinin kampusununda qaldığı otaq muzeyə çevriləcək.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, Messi “B201” nömrəli otaqda qalıb. Otaqda iki nəfərlik çarpayı, stol, kreslo, televizor və sarı yastıqlı boz divan var. Qapının üstündə “L.Messi” yazılıb.
Qeyd edək ki, Argentina millisi dekabrın 18-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olub. Bundan sonra Lionel Messi bütün idman karyerasında ikinci dəfə Dünya Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.
Facebook-da paylaş