Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xorvatiya-Mərakeş: Start heyətlər açıqlanıb

Xorvatiya-Mərakeş: Start heyətlər açıqlanıb



Qətərdə keçirilən futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, Xorvatiya yığmasının start heyətində Dominik Livakoviç, Yosko Qvardiol, Yosip Stanisiç, Yosip Şutalo, Luka Modriç, Mateo Kovaçiç, Lovro Mayer, İvan Perişiç, Andrey Kramariç, Marko Livaya və Mislav Orsiç yer alıblar.
Mərakeş seçməsinin heyətində isə meydana Yassin Bunu, Vavad el Yamiq, Əşrəf Hakimi, Yəhya Attiat-Allah, Əşrəf Dari, Sofyan Amrabat, Bilal El Xannus, Hakim Ziyeş, Abdelhamid Sabiri, Sofyan Bufal və Yussuf En-Nesir çıxacaqlar.
"Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş