Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“UEFA komandanı texniki məğlubiyyətlə təhdid etdi”



BrendSport.az xəbər verir ki, Danimarkanın əfsanəvi qapıçısı Peter Şmeyxel AVRO-2020-nin ilk turunda Finlandiya ilə keçirilən matçda UEFA rəsmilərinin onlara hədə-qorxu gəldiyini deyib.

Onun sözlərinə görə, yarımmüdafiəçi Kristian Eriksen huşunu itirdikdən və ürəyi bir müddət dayandıqdan sonra danimarkalı oyunçular davam etmək istəməyiblər.

Lakin UEFA onları meydana çıxmağa məcbur edib: “UEFA-nın açıqlamasında deyilir ki, futbolçuların tövsiyəsi ilə oyun davam etdirildi.

Hətta oyunçuların bunda israr etdiyini bildiriblər. Ancaq bu, yalan məlumatdır.

Həqiqət isə belədir ki, UEFA 3 seçim imkanı verdi və texniki məğlubiyyətlə təhdid etdi: ya dərhal oyun qaldığı yerdən davam edəcək, ya komandalar ertəsi gün saat 12-də meydana çıxacaq, ya da Danimarkaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

İndi siz düşünün, oyunçuların başqa seçim imkanı var idi? Onlar istəyərək oynadılar? Baş məşqçini də eşitdik, oyunçuları yenidən meydana buraxdığı üçün peşman olduğunu söylədi”.

Həkimin uzunmüddətli müdaxiləsi nəticəsində Kristian Eriksen özünə gəldikdən sonra oyun davam etdirilib və Finlandiya 1:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş