Faydalı saytlar


Reklam



Aquero 4 dəfə az qazanacaq



"Barselona"nın yeni transferi Serxio Aqueronun Kataloniya klubundakı qazancı məlum olub.

BrendSport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu illik 6 milyon avro maaş alacaq. Bu isə onun "Mançester Siti"dəki məvacibindən 4 dəfə azdır. "Barselona"nın vitse-prezidenti Rafael Yuste isə Aqueronun iştirak etdiyi maçtların və qazandığı titulların sayına görə bonuslar alacağını bildirib.

"Yuventus" argentinalı oyunçuya daha yüksək qazanc təklif etsə də, o, Kataloniya klubunu seçib.

Qeyd edək ki, "Barselona" 2 gün əvvəl Aquero ilə 2 illik müqavilə imzalayıb.


Facebook-da paylaş