Faydalı saytlar


Reklam



"Futbolçu robot yox, insandır"



"Bavariya"nın hücumçusu Robert Levandovski dünya futbolundakı təqvimi tənqid edib.

BrendSport.az "The Times"a istinadən xəbər verir ki, o, bir çoxunun futbolçuların da insan olduğunu tez-tez unutduğunu deyib: "Biz robot deyilik və hər matçda maksimum səviyyədə oynaya bilmirik.

Futbol və oyunçular üçün illərlə zirvədə qalmaq böyük problemdir. İndi və bəlkə də yaxın bir neçə ildə şərtlər həddən artıq olacaqdır. Düşünürəm ki, azarkeşlər üçün də bu qədər oyun cansıxıcı olacaq".


Facebook-da paylaş