Vida matçında göz yaşları - Şəkillər
"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının finalında "Çelsi"yə uduzduqları oyundan (0:1) sonra göz yaşlarını saxlaya bilməyib.
BrendSport.az xəbər verir ki, bu, həm də argentinalı hücumçunun "şəhərlilər"də son matçı olub. Oyunun 77-ci dəqiqəsində meydana çıxan futbolçu komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Xatırladaq ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən 32 yaşlı futbolçu klubla başa çatan müqaviləsini yeniləməyib. Onun "Barselona"ya keçəcəyi gözlənilir.
Facebook-da paylaş