PSJ yeni formasını təqdim etdi
Son illərin Fransa çempionu PSJ komandanın yeni mövsümdən geyinəcəyi ev formasını təqdim edib.
BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni geyim dəsti ənənəvi olaraq tünd mavi rəngdədir.
Əvvəlki formalardan fərqli olaraq bu dəstin ortasında şaquli xətt yoxdur. Forma nisbətən sadə formada dizayn edilib.
Facebook-da paylaş