Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



PSJ Neymarı buraxmır



PSJ-nin hücumçusu Neymar Braziliya millisi ilə həm Amerika kubokunda, həm də Tokio Olimpiadasında oynamaq istəyir .

BrendSport.az xəbər verir ki, o, Paris rəhbərliyinə bununla bağlı bildirib.

29 yaşlı forvard yalnız 11 iyunda başlayan və 10 iyulda bitəcək Amerika kubokunda deyil, Tokio Olimpiadasında da oynamaq istədiyini söyləyib.

Bildirilib ki, böyük ehtimalla Fransa klubu oyunçunun tələbini rədd edəcək və onu Olimpiya Oyunlarına buraxmayacaq.

Çünki bu turnir FİFA-nın himayəsində keçirilmir, bu da klubun oyunçunu milliyə buraxmaq məcburiyyətində olmadığını göstərir.

"Le Parisien" yazır ki , PSJ bu turnir üçün Fransa millisində oynayan futbolçusu Kilian Mbappe ilə bağlı da eyni mövqedə dayanıb.

Neymar Braziliya millisi ilə 2012 və 2016 Olimpiadalarında iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş