Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Poqbanın ən unudulmaz oyunu



"Mançester Yunayted"in futbolçusu Pol Poqba ən unudulmaz hesab etdiyi oyunu açıqlayıb.

BrendSport.az "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 2016/17 mövsümündə qrup mərhələsində "Fənərbaxça" ilə keçirdikləri matçı xatırlayıb.

Poqba "Old Trafford"da 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı xüsusi sayır. Sözügedən matçda fransalı oyunçu dubl edib. Həmçinin o, bu komanda ilə səfər görüşünü də vurğulayıb. Poqba deyib: "Hər şeydən əvvəl "Fənərbaxça" ilə səfər görüşünü qeyd edərdim. Start fitindən final fitinədək hər şey fərqli idi. Mən belə bir şey görməmişdim".

Qeyd edək ki, İstanbuldakı görüşdə "Fənərbaxça" "Mançester Yunayted"ə 2:1 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş