Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi cəzalandırıla bilər



“ Barselona"nın kapitanı Lionel Messi cəzalandırıla bilər.

BrendSport.az "Ok Diario"ya istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Kataloniyada mayın 8-nə qədər tətbiq edilən karantin qaydalarını pozmasıdır.

Messi öz evində komanda yoldaşları və onların ailələrinin də olduğu qonaqlıq təşkil edib. Lakin qaydalara görə, birlikdə yaşamayan insanlardan maksimum 6 nəfər toplaşa bilər və evin ölçüsü bu məsələdə heç bir əhəmiyyət daşımır. Messi isə evinə 15-dən çox insan dəvət edib. Ona görə də argentinalı oyunçu təxminən 3.000-60.000 avro arasında cərimələnə bilər. La Liqa rəhbərliyi isə bu məsələ ilə bağlı araşdırma aparacaq.

Kataloniya klubu isə futbolçuların heç bir qayda pozuntusuna yol vermədiyini iddi edir. Rəhbərliyin fikrincə, oyunçular matçlar zamanı və məşlqərdə birgə olurlar və onları birlikdə yaşayan insanlar kimi hesab etmək lazımdır.


Facebook-da paylaş

Xəbəri paylaş