Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İddiaçılar turniri: Yan Nepomnyaşi liderliyini davam etdirir



BrendSport.az xəbər verir ki, növbəti mərhələdə Aniş Giri (Niderland) Liren Dinq (Çin), Aleksandr Qrişuk (Rusiya) Maksim Vaşe-Laqrava (Fransa) qalib gəlib, Yan Nepomnyaşi (Rusiya) Fabiano Karuana (ABŞ), Kiril Alekseyenko (Rusiya) Van Hao (Çin) ilə heç-heçə ediblər.

Qeyd edək ki, ötən turların nəticələrinə görə, Yan Nepomnyaşi 7 xalla liderliyini qoruyub. Aniş Giri 6,5, Fabiano Karuana 6, Aleksandr Qrişuk, Maksim Vaşe-Laqrav 5,5, Van Hao 5, Kiril Alekseyenko 4,5, Liren Dinq 4 xal toplayıblar. On dörd turdan ibarət olacaq turnir aprelin 27-dək davam edəcək.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş