Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA gözünü Bakıya dikib?




Məlum olduğu kimi, İrlandiyanın paytaxtı Dublin AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

Buna səbəb şəhərin azarkeşlərlə bağlı öhdəliyi yerinə yetirməməsidir. Bu şəhərdə baş tutmalı olan Polşa - Slovakiya (14 iyun) və Slovakiya - İsveç (23 iyun) matçları Rusiyanın Sankt-Peterburq şəhərində reallaşacaq.
BrendSport.az saytı xəbər verir ki, UEFA İcariyyə Komitəsinin bu gün keçiriləcək iclasında bununla bağlı qərar açıqlanacaq.
Almaniyanın Münhen şəhəri də UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib.
Daha əvvəl İspaniyanın Bilbao şəhəri Avropa çempionatı oyunlarının təşkilatçılığından imtina edib.
Bu barədə şəhər rəhbərliyinin rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, UEFA Bilbaoya turnirə ev sahibliyi etmək hüququndan məhrum edilməsi barədə bildiriş göndərib. İspaniya şəhəri azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addım atılıb.
Bəyanatda UEFA-nın məhkəməyə verildiyi də yazılıb: “UEFA prezidenti Aleksander Çeferin Bilbao Təşkilat Komitəsindən heç kimlə danışmadı. Bu, UEFA-nın birtərəfli qərarıdır, baş verənlərə görə onları cavabdeh tutacağıq. AVRO-2020 matçlarına ev sahibliyi etmək hüququ qazandığı gündən şəhər bütün meyarları yerinə yetirib. Ancaq pandemiya səbəbindən rəhbərlik vətəndaşların sağlamlığını UEFA tələblərindən üstün tutub. Bilbao Avropa çempionatı tədbirlərinin təşkili üçün 1,2 milyon avrodan çox pul xərcləyib. Dəymiş ziyana görə məhkəməyə müraciət olunub”.
İngiltərə Avropa çempionatının daha çox oyununa ev sahibliyi edəcək.
Hansısa şəhərlərdə baş tutmayan AVRO-2020 matçları bu ölkəyə veriləcək. UEFA İngiltərə Futbol Assosiasiyası Avropa Super Liqasına qarşı mübarizədə aparıcı rol oynadığı üçün bu addımı atacaq.
Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.
Avropa çempionatına ev sahibliyi edəcək istənilən şəhər aprelin 28-dək tamaşaçı tutumunu artıra bilər. Bu barədə turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, UEFA kvotanın artılması üçün icazə verir: "Görünən odur ki, bu, bütün matçlar üçün deyil, bəzi oyunlar üçün edilə bilər. Bəzi qarşılaşmalarda sayın artırıla bilməsi çox qəribədir. Niyə hamısının sayı artmasın?"
Sorokin deyib ki, yarımfinallar və final AVRO-2020-nin ən vacib görüşləridir: "Bu səbəbdən, bunlardan ayrı-ayrılıqda danışırıq. Amma hansısa şəhərdə bir oyun üçün başqa, digəri üçün isə fərqli azarkeş sayının olması olduqca qəribədir".
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
Redaksiyamıza məlum olan son məlumata görə, UEFA AFFA vasitəsilə Nazirlər Kabineti yanında Operatmv Qərargahla sıx təmasdadır. Beynəlxalq qurumla məsləhətləşmə və yazışmalar davam etməkdədir. Rəsmi Bakı buradakı oyunları daha çox azarkeşin izləməsinə tərəfdardır. Sadəcə, 50 faizdən artıq artıma getməyə bir qədər riskli yanaşılır. Bu, həmin vaxt koronavirus pandemiyasının hansı səviyyədə olacağından, bir qədər dəqiqləşdirsək, onun nəzarət altına alınıb-alınmayacağından asılıdır.


Facebook-da paylaş

Xəbəri paylaş