Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm

Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm


Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında ilk medal Əfqan Xaşalovdan gəlib. Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz karyerasında ilk dəfə böyüklər arasında qitə birinciliyinin bürünc medalını qazanıb.

BrendSport.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, millimizin üzvü yarış təəssüratlarını Azərbaycan Güləş Federasiyasının saytı ilə bölüşüb. Güləşçi deyib: “Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilən qitə birinciliyində iştirak etmişdim. Avropa çempionatı ərəfəsində Kiyev turnirində iştirak etdim. Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik, medalsız qalmadım. Qismət olsa, Olimpiya çempionu olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram”.
“Yarış ağır keçdi. Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”, -deyə Ə.Xaşalov əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş