Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona"nın futbolçuları baş məşqçini dəstəkləmir



İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Kike Setyenin klubdakı teleyi qeyri-müəyyəndir.

BrendSport.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları da 61 yaşlı mütəxəssisə dəstək olmur. Setyenin köməkçisi Eder Sarabiyanın davranışı oyunçular və məşqçilər heyəti arasında məsafə yaradıb.

"Barselona"da baş məşqçinin gələcəyi təhlükə altındadır və yaxın günlərdə onunla bağlı qərar verilə bilər. Bu, La Liqa matçlarındakı nəticələrdən asılıdır.

Qeyd edək ki, "Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var.


Facebook-da paylaş

Xəbəri paylaş