İngiltərə Premyer Liqasının fevral ayı üçün ən yaxşı məşqçisi məlum olub
“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola fevral ayında İngiltərə çempionatının ən yaxşı məşqçisi seçilib.
BrendSport.az Premyer Liqanın rəsmi “Twitter” hesabına istinadla xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermə nəticəsində Qvardiola “Liverpul”un çalışdırıcısı Yurqen Klopu qabaqlayıb. “Mançester Siti” fevral ayında “Arsenal” (3:1), “Çelsi” (6:1), “Vest Hem” (1:0) və “Bormunt” (1:0) klublarını məğlub edib.
Qeyd edək ki, iyirmi doqquz turdan sonra “şəhərli”lər turnir cədvəlində 71 xalla birinci pillədə qərarlaşıblar.
Facebook-da paylaş