2018-ci ilin rəmzi komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin rəmzi komandasını açıqlayıb.
BrendSport.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi komanda 90 ölkənin mütəxəssisləri arasında keçirilən səsvermə ilə müəyyənləşib.
Rəmzi komandada bu futbolçular yer alıb:
Qapıçı: Tibo Kurtua (Belçika, “Çelsi”/”Real”);
Müdafiəçilər: Serxio Ramos (İspaniya, “Real”), Rafael Varan (Fransa, “Real”), Marselo (Braziliya, “Real”), Dieqo Qodin (Uruqvay, “Atletiko”);
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, “Real”), Eden Hazard (Belçika, “Çelsi”), Antuan Qrizmann (Fransa, “Atletiko”);
Hücumçular: Lionel Messi (Argentina, “Barselona”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”/”Yuventus”), Kilian Mbappe (Fransa, PSJ)
Baş məşqçi: Didye Deşam (Fransa)
Facebook-da paylaş