Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: ilk 1/8 finalçılar müəyyənləşdi



Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma keçirilib.

E qrupunda "Ayaks" Afinada AEK-in qonağı olub və 0:2 hesablı qələbə qazanıb. Bununla da Hollandiya klubu 1/8 finala vəsiqə qazanıb. Qrupun digər oyununda "Bavariya" "Benfika"nı darmadağın edib - 5:1. Beləliklə, almanlar da mərhələ adlayıb. "Benfika" isə Avropa Liqasına vəsiqə əldə edib.

F qrupunda "Mançester Siti” "Lion"un qonağı olub. Oyun 2:2 hesabı ilə yekunlaşı. Qrupun digər oyununda "Şaxtyor" "Hoffenhaym"a qalib gəlib - 3:2. Bu nəticələrdən sonra "Mançester Siti" 1/8 finala çıxıb, "Hoffenhaym" Çempionlar Liqasında mərhələ adlamaq şansını ititib. İkinci vəsiqəyə "Lion" və "Şaxtyor" iddia edir.

G qrupunun ilk oyununda Moskva ÇSKA-sı "Viktoriya"nı qəbul edib. Qonaqlar 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmalı idi və buna nail olublar. Bununla da ÇSKA 1/8 final şansını itirib. Nəticədə "Real" və "Roma" meydana çıxamadan mərhələ adlayıb. Bu komandaların oyununda isə ispanlar 2:0 hesablı qələbə qazanaraq vahid lider olublar.

İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə "Valensiya" ilə münasibətlərə aydınlıq gətitib. Turin klubu 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Qrupun digər görüşündə "Mançester Yunayted" doğma azarkeşlər önündə eyni hesabla "Yanq Boyz"u yenərək 1/8 finala çıxıb. Bu qrupdan "Valensiya" Avropa Liqasına vəsiqə əldə edib, "Yanq Boyz" qrup sonuncusu olub.

Çempionlar Liqası

Qrup mərhələsi

V tur, 27 noyabr


E qrupu

AEK (Yunanıstan) - Ayaks (Hollandiya) 0:2
Qollar: Duşan Tadiç, 68-pen; 72.

Bavariya (Almaniya) - Benfika (Portuqaliya) 5:1
Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 - Gedson Fernandes, 46.

F qrupu

Lion (Fransa) - Mançester Siti (İngiltərə) 2:2
Qollar: Maksvel Kornet, 55; 81 - Aymerik Laporte, 63. Serxio Aquero, 83.

Hoffenhaym (Almaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:3
Qollar: Andrey Kramariç, 17. Stiven Zuber, 40 - İsmaili, 14. Tayson, 15; 90+3.

G qrupu

ÇSKA (Moskva, Rusiya) - Viktoriya (Çexiya) 1:2
Qollar: Nikola Vlasiç, 10-pen - Roman Proçazka, 56. Lukas Heyda, 81.

Roma (İtaliya) - Real (İspaniya) 0:2
Qollar: Qaret Beyl, 47. Lukas, 59.

H qrupu

Yuventus (İtaliya) - Valensiya (İspaniya) 1:0
Qol: Mario Mandzukiç, 59.

Mançester Yunayted (İngiltərə) - Yanq Boyz (İsveçrə) 1:0
Qol: Marouane Fellaini, 90+1.


Facebook-da paylaş

Xəbəri paylaş