Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: İlk oyun gününün nəticələri



Çempionlar Liqasında III turun oyunları keçirilib. İlk oyun günündə 8 duel reallaşıb.

Bu qarşılaşmaların ardından E, F, G və H qruplarında I dövrə yekunlaşıb. E qrupunda "Bavariya” və "Ayaks” ikinci zəfərlərinə sevinib.

F qrupunda "Mançester Siti” ikinci qələbəsini darmadağınla qazanaraq ilk pillədə . "Lion” isə "Hoffenhaym”la gərgin mübarizədə xal itirib.

G qrupunun sürpriz lideri MOİK İtaliyada "Roma”dan 3 cavabsız qol yeyibsə, "Real” "Viktoriya”nı çətinliklə yenib.

H qrupunda itkisiz irəliləyən "Yuventus” "Mançester Yunayted”lə səfər görüşündən də 3 xalla ayrılıb. Turin təmsilçisi artıq növbəti turda nəinki 1/8 finala vəsiqəni, hətta 1-ci yeri təmin edə bilər. Bunun üçün "ağ-qaralar”a növbəti qələbə lazımdı.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur

23 oktyabr

E qrupu


AEK (Yunanıstan) – "Bavariya” (Almaniya) - 0:2
Qollar: Martines, 61, Levandovski, 63

"Ayaks” (Hollandiya) – "Benfika” (Portuqaliya) -1:0
Qol: Mazraou, 90

F qrupu

"Hoffenhaym” (Almaniya) – "Lion” (Fransa) - 3:3
Qollar: Kramariç, 33; 47, Joelton, 90 - Bertrand Traore, 27; Ndombele, 60; Depay, 67

"Şaxtyor” (Ukrayna) – "Mançester Siti” (İngiltərə) - 0:3
Qollar: David Silva, 30; Laporte, 35; Bernardo Silva, 71

G qrupu

"Roma” (İtaliya) – MOİK (Rusiya) - 3:0
Qollar: Edin Dzeko, 30; 42; Çengiz Under, 50

"Real” (İspaniya) – "Viktoriya” (Çexiya) - 2:1
Qollar: Kərim Benzema, 11; Marselo, 56 – Hroşovski, 79

H qrupu

"Yanq Boyz” (İsveçrə) – "Valensiya” (İspaniya) - 1:1
Qollar: Hoarau, 55-p. - Batşiuayi, 26

"Mançester Yunayted” (İngiltərə) – "Yuventus” (İtaliya) - 0:1
Qol: Dibala, 17


Facebook-da paylaş

Xəbəri paylaş