Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qələbə qazansaydıq, bizi stadiondan kim və necə çıxaracaqdı? - “Boka Xuniors”lu futbolçu



“Boka Xuniors”un futbolçusu Pablo Peres “River Pleyt”lə qarşılaşacaqları Libertadores kubokunun finalının cavab oyununun təxirə salınmasına münasibət bildirib.

BrendSport.az xəbər verir ki, Argentina mətbuatına danışan Peres azarkeşlərin səbəb olduğu hadisələrin, sadəcə, utancverici olduğunu deyib:

“Sadəcə, utancverividir. İnsanlar etdikləri şeydən utanmalıdır. Yoldaşım və 3 qızım var. Evə qayıdanda hamısı məni qucaqlayıb, ağlamağa başladı. Heç kim bu şəraitdə futbol oynamaq istəməz.

Təhlükəsizliyimizin siğortalanmadığı bir zamanda, futbol oynaya bilmərik. O gün meydana çıxıb qələbə qazansaydıq, bizi stadiondan kim və necə çıxaracaqdı? Azarkeşlər meydana girməyib nələr etdi, meydana girsəydilər, nələr edə biləcəklərini fikirləşin. Məni öldürə bilərdilər və mən öldürülə biləcəyim bir meydanda futbol oynamaram”.

24 noyabrda keçirilməsi nəzərdə tutulan “River Pleyt” - “Boka Xuniors” matçı azarkeşlərin səbəb olduğu hadisələrə görə təxirə salınıb. Pablo Peres azarkeşlərin avtobusa etdiyi hücumdə yüngül xəsarət alıb.

Qarşılaşmanın nə zaman baş tutacağı məlum deyil.


Facebook-da paylaş

Xəbəri paylaş