“Milan” klubu “Çelsi”nin üç futbolçusu ilə maraqlanır
İtaliyanın “Milan” klubu Londonun “Çelsi” komandasının üç futbolçusu ilə maraqlanır.
BrendSport.az “Sport.ru”ya istinadən xəbər verir ki, İtaliya klubu Sesk Fabreqas, Qari Kahil və Andreas Kristensenin transferi üçün danışıqlara başlayıb. “Milan” bununla komandada zədəli futbolçularla bağlı yaranmış problemi həll etmək istəyir. Klub bu futbolçuları icarəyə götürməyi planlaşdırır.
İtaliya təmsilçisi bu üç futbolçu arasından daha çox Sesk Fabreqasın transferinə nail olmağa çalışır. Fabreqasın və Kahilin “Çelsi” ilə müqavilələrinin müddəti 2019-cu ilin yayında başa çatır. Hər iki futbolçunun londonluların düşərgəsini tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, “Milan” 13 turdan sonra A seriyasında beşinci yerdədir.
Facebook-da paylaş