Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Obameyanq “Milan”da oynamaq istəyir, ancaq...”

Obameyanq “Milan”da oynamaq istəyir, ancaq...”

Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq “Milan”da oynamaq istəyir.

Bu barədə “rossonyerlər”in idman direktoru Massimiliano Maribelli “goal.com”a açıqlamasında məlumat verib. O, qabonlu hücumçunun İtaliya klubuna keçidinə yeganə əngəlin Dortmund təmsilçisinin onun transferi üçün çox məbləğ tələb etməsini göstərib:

“Obameyanq “Milan”da oynamaq istəyir, ancaq bu transferin reallaşması çox çətin məsələdi. Çünki “Borussiya” öz lideri üçün həddən çox məbləğ tələb edir”.

Obameyanqın “Borussiya” ilə müqavilə müddəti 2020-ci ilin yayında başa çatacaq.

Xatırladaq ki, hücumçu 2007-2011-ci illər aralığında "Milan"ın üzvü olsa da, icarə əsasında başqa klublarda çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş