Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çeyz Keri: Formula 1 yarışlarının təşkilatçıları Mayamidə Qran-Pri keçirilməsi planından imtina etməyiblər



Formula 1 yarışlarının icraçı direktoru Çeyz Keri bildirib ki, təşkilatçılar Mayamidə Qran-Pri keçirilməsi planından imtina etməyiblər.

Mayami şəhər komissiyası sentyabr ayında bu layihənin dayandırılması lehinə səs verib. Bundan sonra Formula 1 hüquqlarının sahibi olan “Liberty Media” şirkəti 2020-ci ildə Vyetnam Qran-Prisinin keçiriləcəyini elan edib. Buna baxmayaraq, Kerinin sözlərinə görə, Formula 1 rəhbərliyi Mayamiyə marağını itirməyib.

Keri deyib: “Biz ABŞ-da daha bir Qran-Pri keçirilməsini planlaşdırırıq. Lakin hələlik danışıqları təkcə Mayami ilə aparmırıq, hərçənd hesab edirik ki, bu, əla layihədir. Biz vəziyyəti müzakirə edirik. Küçə trasında yürüşdən söhbət gedirsə, bu halda bir sıra maraqlar əlaqələndirilməlidir. Bu isə vaxt tələb edir.

Lakin fanatların Mayamidə keçirdiyi festival bizə kömək etdi. Hamı belə hesab edir ki, festival yüksək səviyyədə oldu. Əlbəttə, bu, Qran-Prinin keçirilməsi yolunda irəliyə doğru atılmış addımdır”.


Facebook-da paylaş

Xəbəri paylaş