Almaniya Futbol Federasiyasının prezidenti Özildən üzr istədi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla şəkil çəkdirdikdən sonra almanların irqçi hücumlarına məruz qalan Məsut Özüillə bağlı gündəmi dəyişəcək xəbər yayılıb.
Təzyiqlərdən sonra Almaniya yığmasındakı karyerasını bitirdiyini açıqlayan Məsuta sərt sözlər deyən Almaniya Futbol Federasiyasının prezidenti Reynard Qrindel futbolçudan üzr istəyib.
Məşhur alman nəşri "Bild"ə verdiyi müsahibədə, Qrindel səhvini boynuna alaraq bu sözləri işlədib: "Ona edilən irqçi hücumlar mövzusunda daha açıq bir mövqe tutmalı və özümüm Məsut Özüilin önünə atmalı idim. Verdiyim açıqlamada daha açıq və dəqiq ifadələr işlətməli idim. Özilə yönələn irqçi hücumlar heç bir şəkildə qəbul edilə bilməz. Almaniya Futbol Federasiyası olaraq, ona qarşı bu cür davrandığımız üçün üzgünəm. AFF olaraq hörmət, "feyr-pley" kimi dəyərləri müdafiə edirik. Mənə görə komanda birlikdə qazanar və ya uduzar. Uğursuzluq üçün məsuliyyəti tək bir futbolçuya "yükləmək" axmaqlıq olar".
Facebook-da paylaş