Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ÇL-də III təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu



Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

İlk günlə müqayisədə, ikinci oyun günündə meydan sahibləri uduzmayıblar.

PAOK Yunanıstanda 0:2 hesabı ilə geridə olduğu halda, Rusiya "Spartak"ını yenməyi bacarıb. Ötən mövsüm Avropa Liqasında yarımfinaladək irəliləmiş "Zalsburq" Avstriyada Makedoniya "Şkendiya"sını darmadağın edib. Şotlandiyada "Seltik"lə Yunanıstan AEK-i arasındakı oyunda isə komandalar hərəyə 1 qolla kifayətləniblər.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar


8 avqust

PAOK (Yunanıstan) - Spartak (Moskva, Rusiya) 3:2
Qollar: Aleksandr Priyoviç, 29-pen. Dimitris Limnios, 37. Dimitris Pelkas, 44 - İvelin Popov, 7. Kvinsi Promes, 17.

Zalsburq (Avstriya) - Şkendiya (Makedoniya) 3:0
Qollar: Munas Dabbur, 16; 45+3-pen. Diadie Samasseku, 81-pen.
Qırmızı vərəqə: Zlatko Yunuzoviç, 83 (Zalsburq).

Seltik (Şotlandiya) - AEK (Yunanıstan) 1:1
Qollar: Kallum Makqreqor, 17 - Viktor Klonaridis, 44.


Facebook-da paylaş

Xəbəri paylaş