Mandjukiçdən İngiltərə ilə oyun öncəsi dəyərləndirmələr
"Narahat olmayın, İngiltərə ilə oyuna gücüm çatar. Biz sonadək mübarizə aparacağıq. Hətta İngiltərəyə uduzsaq da, heç kim bizi günahlandıra bilməz".
Bu sözləri Xorvatiya millisinin üzvü Mario Mandjukiç "Goal.com"a açıqlamasında deyib.
Təcrübəli hücumçu dünya çempionatındakı çıxışı haqda danışıb: "Mən gücü hardan alıram? Doğrudan bunu bilmirəm. Yadımdadır, hansısa futbol eksperti dünya çempionatı öncəsi demişdi ki, bu, artıq həmin Mandjukiç deyil. O, haqlı idi. Yeni Mandjukiç daha güclüdür. Mən milli komanda və klubum üçün bütün gücümü sərf edirəm".
Qeyd edək ki, Xorvatiya millisi mundialda növbəti oyununu yarımfinalda İngiltərəyə qarşı keçirəcək. Görüş iyulun 11-də olacaq.
Facebook-da paylaş