DÇ-2018: daha iki 1/4 finalçı müəyyənləşir
Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçiriləcək. İlk olaraq meydana ev sahibi Rusiya millisi çıxacaq.
Qonşu ölkə təmsilçisi mundialın favoritlərindən hesab olunan İspaniya ilə qarşılaşacaq.
İspanların qələbə şansı daha yüksək qiymətləndirilsə də, Rusiyanın rəqibindən fərqli olaraq pley-offa rahat yüksəlməsi və azarkeş amili matçın gərgin keçəcəyindən xəbər verir.
Digər oyunda isə Xorvatiya və Danimarka milliləri üz-üzə gələcək. Qrup mərhələsində Argentianın qapısından 3 cavasız top keçirən və maksimum xal toplayaraq 1/8 finala yüksələn xorvatlar cütün favoriti hesab olunur.
Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul
18:00. İspaniya – Rusiya
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu
22:00. Xorvatiya – Danimarka
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion
30 iyun
Uruqvay – Portuqaliya - 2:1
Fransa – Argentina - 4:3
Facebook-da paylaş