Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



NBA: Qərb Konfransında ilk finalçı bəlli olub



ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində yarımfinal mərhələsinin növbəti oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, «Oklahoma Siti Tander» «Los-Anceles Leykers„i 115:110 hesabı ilə məğlub edib. Bununla da son çempion seriyanı 4:0 hesabı ilə qazanaraq Qərb Konfransının finalına yüksəlib. Komanda həlledici mərhələdə ‚San-Antonio Spörs‘ — ‚Minnesota‘ cütünün qalibi ilə qarşılaşacaq.

Şərq Konfransında isə ‚Klivlend Kavalyers‘ doğma meydanda ‚Detroit Pistons‘ üzərində qələbə qazanıb. Ohayo təmsilçisi rəqibini 112:103 hesabı ilə məğlub edib. Hazırda seriyada hesab bərabərdir — 2:2. Komandalar arasında beşinci görüş mayın 13-də ‚Pistons‚un meydanında keçiriləcək. Bu cütün qalibi Şərq Konfransının finalında ‚Nyu-York Niks‘ə rəqib olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş