Əsas Səhifə > Dünya idmanı > NBA: Qərb Konfransında ilk finalçı bəlli olub
NBA: Qərb Konfransında ilk finalçı bəlli olubDünən, 11:00 |
![]() ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində yarımfinal mərhələsinin növbəti oyunları keçirilib. BrendSport.az xəbər verir ki, «Oklahoma Siti Tander» «Los-Anceles Leykers„i 115:110 hesabı ilə məğlub edib. Bununla da son çempion seriyanı 4:0 hesabı ilə qazanaraq Qərb Konfransının finalına yüksəlib. Komanda həlledici mərhələdə ‚San-Antonio Spörs‘ — ‚Minnesota‘ cütünün qalibi ilə qarşılaşacaq. Şərq Konfransında isə ‚Klivlend Kavalyers‘ doğma meydanda ‚Detroit Pistons‘ üzərində qələbə qazanıb. Ohayo təmsilçisi rəqibini 112:103 hesabı ilə məğlub edib. Hazırda seriyada hesab bərabərdir — 2:2. Komandalar arasında beşinci görüş mayın 13-də ‚Pistons‚un meydanında keçiriləcək. Bu cütün qalibi Şərq Konfransının finalında ‚Nyu-York Niks‘ə rəqib olacaq. Geri qayıt |